Главная > Cəmiyyət > “Sifarişim başqasına çatdırılıb, mənə də səhv bağlama verilib”

“Sifarişim başqasına çatdırılıb, mənə də səhv bağlama verilib”


15-03-2022, 15:00. Разместил: admin
““Starex” daşıma şirkəti mənim sifarişimi başqa müştəriyə çatdırıb, mənə də səhvən başqasının bağlaması verilib. Mən həmin gün səhv bağlamanı qaytarsam da, öz sifarişimi hələ də geri ala bilmirəm”.

“Azadsəs.az” xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayətçi Aynur Ələsgərova yazıb.

Sözügedən daşıma şirkətinin müştərisi olan A. Ələsgərovanın sözlərinə görə, şirkət problemi 1-2 gün ərzində həll edəcəyini vəd etsə də, bir həftədən artıqdır ki, problem həll olunmur: “Əvvəlcə söz verdilər ki, 1-2 günə problemi həll edib bağlamamı qaytaracaqlar. Mən də gözlədim, 2 gündən sonra dedilər ki, hələ ki, bağlamanı qaytarmaq mümkün deyil, çünki müştəri Bakıdan gedib, 3-4 gündən sonra gələcək və qaytaracaq. Artıq həmin vaxtdan 8 gün keçib, hələ də ortada baglama yoxdur. Üstəlik, kuryer də telefonu söndürüb, ona da zəng çatmır. Mən belə başa düşürəm ki, şirkətin nə məhsulu, nə də pulumu qaytarmaq fikri var”.

Şikayətçi bildirir ki, sifariş etdiyi məhsulun aqibəti ilə maraqlanmaq üçün şirkətə zəng etsə də, məlum olub ki, heç şikayəti qeydə alınmayıb. Yalnız təkrar müraciətdən sonra qeydə al;naraq araşdırılacağı bildirilib.

Məsələ ilə bağlı “Starex” daşıma şirkəti ilə əlaqə saxladıq: “Biz müştərinin şəxsi məlumatları ilə bağlı danışa bilmərik. Ancaq onu deyə bilərik ki, həmin müştəri ilə əlaqə saxlanılıb, problemi həll olunub”.
Вернуться назад