Главная > Cəmiyyət > Bu rayonlara qar yağıb - Sürücülərə xəbərdarlıq

Bu rayonlara qar yağıb - Sürücülərə xəbərdarlıq


12-03-2022, 13:16. Разместил: admin
Dövlət Yol Polisi İdarəsi yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib.

İdarədən “Azadsəs.az”a verilən məlumata görə, ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında bir sıra çətinliklər yaradıb.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.

Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yollarında qar bəzi fəsadlar yaradıb.

Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.
Вернуться назад