Главная > Cəmiyyət / Manset > Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı
Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı10-03-2022, 14:44. Разместил: admin |
![]() “Azadsəs.az”nun əldə etdiyi məlumata görə, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev dünən keçirilən əməliyyatla tutulub. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir. F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib. Вернуться назад |