Главная > Cəmiyyət > Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant cəzalandırıldı

Manaf Ağayevi Füzuliyə buraxan polkovnik-leytenant cəzalandırıldı


7-03-2022, 13:15. Разместил: admin
Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfəri ilə bağlı Daxili İşlər Nazirliyində aparılan yoxlama yekunlaşıb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Azadsəs.az"a bildirib ki, fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N.Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub.

Qeyd edək ki, Manaf Ağayev və onunla birgə olan Füzuliyə səfər edən Sənan Hüseynov 15 sutka həbs edilmişdi.
Вернуться назад