Главная > Cəmiyyət / Manset > Bərdə-Ağdam yolunun asfalt örtüyü vurulur
Bərdə-Ağdam yolunun asfalt örtüyü vurulur6-03-2022, 19:42. Разместил: admin |
Bu gün uzunluğu 45 km, eni 26.5 metr olan 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən Bərdə-Ağdam yolunun asfalt örtüyünün vurulması işlərinə başlanılıb. “Azadsəs.az” xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tvitter hesabında paylaşım edib. Qeyd edək ki, avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Prezident İlham Əliyev 28 may 2021-ci tarixdə yolun təməlini qoyub. Вернуться назад |