Главная > Cəmiyyət > Kür çayının suyu quruyur - Fotolar
Kür çayının suyu quruyur - Fotolar5-03-2022, 19:38. Разместил: admin |
Kür çayının suyu kəskin azalıb. “Azadsəs.az” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə müxtəlif görüntülər paylaşılır. Yayılan məlumatlarda artıq çayın bir qolunun tamamilə quruduğu bildirilir. İddia olunur ki, bu gedişlə Azərbaycanda yaxın 30 ildə ciddi su problemi yaşana bilər. Qeyd edək ki, bundan əvvəl də Kür çayının suyunun azalması gündəm olmuşdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2021-ci ilin sonlarında açıqladığı məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 278 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 32 santimetr azalaraq 115, Araz-Novruzluda isə 3 santimetr azalaraq 52 santimetr təşkil edib. Вернуться назад |