Главная > Cəmiyyət / Manset > Kəmaləddin Heydərov iclas keçirdi - Fotolar

Kəmaləddin Heydərov iclas keçirdi - Fotolar


5-03-2022, 16:33. Разместил: admin
Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş Kollegiya iclası keçirilib. “Azadsəs.az” xəbər verir ki, kollegiya iclasında nazir müavinləri, Nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.

İclasda çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin Nazirliyin qarşısında qoyduğu mühüm tapşırıqların icra vəziyyəti barədə ətraflı danışıb.
Belə ki, ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyası ilə sistemli və effektli mübarizə aparıldığını qeyd edən nazir ötən dövr ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən bu istiqamətdə görülmüş işlərə toxunub, infeksiyanın ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə başçısının tapşırıqları əsasında aidiyyəti üzrə həyata keçirilmiş preventiv tədbirlərdən bəhs edib: “Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında şanlı Ordumuz tərəfindən 44 gün davam etmiş Vətən müharibəsində əldə edilmiş tarixi qələbə sayəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı əzəli torpaqlarımızın azad olunub. Ərazi bütövlüyümüzün bərpa edilib.

Nazir Vətən müharibəsində nazirliyin həyata keçirdiyi tədbirlərə toxunub: “Müharibədən dərhal sonra Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətinə başlanıldı. FHN hazırda minatəmizləmə işlərini sürətlə davam etdirir. 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış və tamamilə viran qoyulmuş torpaqlarda bu gün misli görünməmiş abadlıq-quruculuq və yenidənqurma işlərinin görülür. Qarabağ və Şərqi Zəngəzur ərazisinin hazırda böyük bir tikinti meydanına çevrilib. Nəhəng infrastruktur layihələri icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsərrüfatı və xidmət sektoruna aid müəssisələrin inşa olunur. Böyük sürətlə icra olunan bu işlərdə aidiyyəti üzrə təhlükəsizliyin, o cümlədən yanğın təhlükəsizliyi, tikintidə, sənaye və dağ-mədən işlərində təhlükəsizliyin, radioloji təhlükəsizliyin təmin olunması istiqamətində nazirliyin qurumları tərəfindən intensiv iş aparılır”.
Sonra nazir Fövqəladə Hallar Nazirliyinin əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində cari fəaliyyəti barədə danışıb.

Daha sonra gündəlikdə duran məsələlər üzrə geniş müzakirə aparılıb, işin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib.


Вернуться назад