Главная > Cəmiyyət / Manset > “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi - Fotolar

“Qəhrəmanlar unudulmur” adlı tədbir keçirildi - Fotolar


5-03-2022, 15:33. Разместил: admin
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran Dövlət Universitetində “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib.

“Azadsəs.az” xəbər verir ki, tədbirdə universitetin professor-müəllim heyəti, tələbə gənclər, şəhid ailələri, qazilər və KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, şəhid baş leytenant Vüsal Kazımovun atası Kamran Kazımov Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini bildirib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, regionlarda, ali təhsil müəssisələrində bu cür tədbirlərin təşkili qəhrəmanlarımızın tanıdılmasına, onların xatirələrinin əbədilşməsinə dəstək verir.

Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Lənkəran şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.







Вернуться назад