Главная > Cəmiyyət / Manset > MAXE olmaq istəyənlər qeydiyyata alınır - Fotolar
MAXE olmaq istəyənlər qeydiyyata alınır - Fotolar5-03-2022, 14:21. Разместил: admin |
“Azərbaycanda müddətdən artıq hərbi xidmət keçmək istəyən şəxslərin əksəriyyəti komando hərbi birliklərində xidmət keçmək istəyir”. “Azadsəs.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin müavini, tədris şöbəsinin rəisi Vidadi Cahangirov bildirib. O, vurğulayıb ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən 28 fevral - 19 mart tarixlərində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq istəyənlərin sənədlərinin qəbulu həyata keçirilir: “Bunun üçün müvafiq komissiyalar yaradılıb. Vətən müharibəsindən sonra gənclərin hərbi xidmətə həvəsi, marağı daha da artıb. Müraciətlərin sayında artım olduğundan qəbul prosesi asanlaşdırılıb”. Cahangirovun sözlərinə görə, qəbul bir deyil, bir neçə istiqamətdə aparılır: “Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində xidmət etmək istəyənlər üçün müvafiq hərbi hissələrdə komissiyalar yaradılıb. Quru Qoşunlarda xidmət etmək istəyənlər üçün isə Təlim Tədris Mərkəzinin bazasında qəbul həyata keçirilir. Sevindirici hallardan biri isə odur ki, müraciət edənlərin çoxu komando birliklərində xidmət etmək istəyirlər. Onlar xüsusi yoxlamadan keçirilir, sağlamlığı və fiziki hazırlığı qənaətbəxş olanlar üçün xüsusi təlimlər keçiriləcək”. O, həmçinin qeyd edib ki, müddətdən artıq hərbi xidmət keçmək istəyən şəxslərin sayı ötən illə müqayisədə bu il daha çoxdur. Вернуться назад |