Главная > Cəmiyyət / Manset > Azərbaycanda general işdən azad edildi

Azərbaycanda general işdən azad edildi


4-03-2022, 18:00. Разместил: admin
Respublika Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Rasim Kazımov işdən azad edilib.


"Azadsəs.az" xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Rasim Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya təsdiqləyiblər.
Вернуться назад