Главная > Cəmiyyət > Azərbaycan daha 188 vətəndaşını təxliyə etdi

Azərbaycan daha 188 vətəndaşını təxliyə etdi


20-05-2020, 09:54. Разместил: azadses
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.
Azad Səs-in məlumatına görə“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən  bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.



Вернуться назад