Главная > Cəmiyyət > “Azərsu” bu qəsəbədə yeni layihə həyata keçirir - Fotolar

“Azərsu” bu qəsəbədə yeni layihə həyata keçirir - Fotolar


23-02-2022, 20:22. Разместил: admin
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonunun Qazanbulaq qəsəbəsində içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir.

“Azadsəs.az” xəbər verir ki, qəsəbədə mərkəzləşdirilmiş içməli su təchizatı sistemi mövcud olmayıb.

Əhali tərəfindən çəkilmiş tikinti normalarına uyğun olmayaraq çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermir, su itkilərinə səbəb olurdu.

Qəsəbədə mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə yeni layihə hazırlanıb və icrasına başlanıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılacaq, 196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla da su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə təmin ediləcək. Təmir-bərpa, yenidənqurma işləri “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsi tərəfindən həyata keçirilir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin rəisi Xəqani Vəliyev layihənin icrası ilə yerində tanış olublar. İşlərin keyfiyyətlə aparılması və qəsəbənin içməli su probleminin əsaslı və operativ sürətdə həlli ilə bağlı müzakirələr aparılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.





Вернуться назад