Главная > Cəmiyyət > “Azəriqaz” rəhbərliyi Novxanıda sakinlərlə görüşdü - Fotolar

“Azəriqaz” rəhbərliyi Novxanıda sakinlərlə görüşdü - Fotolar


23-02-2022, 16:27. Разместил: admin
“Azəriqaz” İstehsalat Birliyinin təşkilatçılığı ilə Abşeron rayonu, Novxanı kəndində sahibkarlıq subyektləri ilə növbəti dəfə görüş keçirilib.

“Azadsəs.az” xəbər verir ki, birliyin rəhbər şəxslərinin, sahibkarlara xidmət göstərən müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan görüşdə sahibkarların, habelə sakinlərin təklifləri dinlənilib, sualları cavablandırılıb və onları maraqlandıran məsələlərlə bağlı müzakirələr aparılıb.

Daxil olan müraciətlər əsasən payız-qış mövsümlərində təbii qazın təzyiqinin aşağı olması, dövri yoxlama müddəti çatan sayğacların əvəzlənməsi zamanı sonradan ödənişli deyil, əvvəlcədən ödənişli sayğacların quraşdırılması ilə bağlı olub. Həlli mümkün olan müraciətlərin icrası istiqamətində Birliyin məsul şəxsləri tərəfindən yerindəcə tapşırıq verilib. Digər müraciətlərin araşdırılaraq rəhbərliyə təqdim olunması istiqamətində bütün müraciətlər qeydə alınıb.




Вернуться назад