Главная > Cəmiyyət > Böyük şirkətlərə geyim satan firma barəsində iş qaldırıldı

Böyük şirkətlərə geyim satan firma barəsində iş qaldırıldı


23-02-2022, 11:27. Разместил: admin
Azərbaycanda bir çox tanınmış şirkətə iş və korporativ geyimlər satan "İcea Uniform" barəsində məhkəmə iddiası qaldırılıb.

"Azadsəs.az" xəbər verir ki, "Create İndustry" MMC tərəfindən qaldırılan iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. İddiaya görə, "İcea Uniform" qarşı tərəflə bağladığı podrat müqaviləsinin şərtlərini pozub və qarşı tərəfin 70 min manatdan çox ödənişini etmir.

Məsələ ilə bağlı "İcea Uniform" şirkətinin vəkili “Azadsəs.az”a bildirib ki, iddiaçının tələbi əsassızdır:

“Podrat müqaviləsinə görə mal təhvil verilmə müddətindən 3 ay gecikməli olaraq təhvil verilib. Dolayısı ilə biz müştərilərimiz qarşısında çox ciddi problemlər yaşamışıq. Onlara malı təhvil verə bilməmişik. Bu da müştərilərin haqlı narazılığına və ticarət sektorundakı imicimizin sarsıntısına səbəb olub. Bizim də qarşılıqlı iddia qaldırmaq planımız var. Düşünürəm ki, iddia tələbi rədd olunmalıdır”.

Qeyd edəkk i, "İcea Uniform"un əməkdaşlıq etdiyi şirkətlər arasında Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, SOCAR, MİDA, “Bravo”, “Lukoil”, “Sea Breze”, “Excelsior” və s. kimi tanınmış şirkətlər var.
Вернуться назад