Главная > Cəmiyyət > Azərbaycana tədarük edilən “Sputnik V”nin sayı açıqlandı
Azərbaycana tədarük edilən “Sputnik V”nin sayı açıqlandı23-02-2022, 10:22. Разместил: admin |
“Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk. Bu dostluq bizim qardaş xalqlarımızın sıx əlaqələrinə əsaslanır”. “Azadsəs.az” xəbər verir ki, bunu Rusiya Hökumətinin sədri Mixail Mişustin Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. O qeyd edib ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bizim mehriban qonşuluğumuzun tarixinin kökləri əsrlərin dərinliyinə gedib çatır: “Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, - Siz yəqin bu barədə ətraflı danışdınız, - 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar üçün böyük potensial mövcuddur. Bizim hökumətlərarası komissiya bu məsələni fəal həll edir. Rusiya Federasiyası tərəfindən komissiyaya Baş nazirin müavini Aleksey Loqvinoviç Overçuk kuratorluq edir. Rusiya şirkətlərinin Azərbaycana müntəzəm işgüzar missiyaları da müsbət nəticələr verir. Biz bu əlaqələri, Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunan səfərləri davam etdirmək istərdik. Biz, həmçinin regionlararası əlaqələrimizə də böyük diqqət yetiririk. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir”. Mixail Mişustin vurğulayıb ki, biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik: “Bizim tərəfimizdən Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərimizdən ibarət briqadalar göndərilib. Bu günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək”. Вернуться назад |