Главная > Cəmiyyət > Çimərliklər üçün də yol tapıldı – Elektron sistem olacaq
Çimərliklər üçün də yol tapıldı – Elektron sistem olacaq19-05-2020, 09:59. Разместил: azadses |
Çimərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov bildirib. E. Əzizov deyib ki, qaydalara əsasən, insanlar evdən çıxmadan gedəcəyi çimərliyi seçə biləcək: "Böyük çimərliklərdə administrasiyalar yaradılacaq. Rayon icra hakimiyyətinin rəsmiləri buna nəzarət edəcək. Ola bilsin ki, bəzi çimərliklərdə sıxlıq yaransın. Elektron sistemdən istifadə etmək niyyətindəyik". Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov qeyd edib ki, çimərliklərlə bağlı metodiki göstərişlər hazırlanıb. Yaxın günlərdə bu qaydalar ictimaiyyətə açıqlanacaq. Вернуться назад |