Главная > Cəmiyyət > Ehtiyatda olan general vəfat etdi

Ehtiyatda olan general vəfat etdi


20-02-2022, 11:39. Разместил: admin
Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru, ehtiyatda olan ədliyyə generalı vəfat edib.

“Azadsəs.az”ın APA-ya istinadən məlumatına görə, Hüseyn Muxtar oğlu Hüseynov uzun müddət davam edən xəstəlikdən sonra ötən gün rəhmətə gedib.


H.Hüseynov bu gün dəfn ediləcək.

Qeyd edək ki, H. Hüseynov uzun müddət prokurorluq orqanlarında çalışıb.

O, 1991-ci ildə Naxçıvanın prokuroru olub. H.Hüseynov eyni zamanda Yasamal, Səbail rayonlarında prokuror kimi fəaliyyət göstərib. Respublikanın Baş Prokurorluğunda bir sıra vəzifələrdə çalışıb. 2002-ci ildən ehtiyata buraxılıb.
Вернуться назад