Главная > Cəmiyyət > Cavanşir Feyziyevlə bağlı şikayət icraata götürülmədi

Cavanşir Feyziyevlə bağlı şikayət icraata götürülmədi


17-02-2022, 22:13. Разместил: admin
İctimai fəal Bəxtiyar Hacıyevin deputat Cavanşir Feyziyev barəsindəki xüsusi ittiham qaydasında şikayəti ilə bağlı məhkəmə prosesi keçirilib.

“Azadsəs.az” xəbər verir ki, şikayətə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. B.Hacıyev Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (Böhtan) C.Feyziyevə cinayət işi başlanılmasını istəyib.

Feyziyevin vəkili deyib ki, jurnalistlərin təhqir edildiyi yazını Cavanşir Feyziyev yazmayıb və səhifə ona məxsus deyil.

Məhkəmədə qərar elan olunub. Qərara əsasən, Bəxtiyar Hacıyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət icraata götürməyib.

Qeyd edək ki, bir neçə gün öncə media və sosial şəbəkələrdə London məhkəməsində deputat Cavanşir Feyziyev və ailəsinə məxsus 5 milyon funt-sterlinqin müsadirə edilməsi məsələsi müzakirə olunurdu. Bundan sonra millət vəkili feysbukda status yazaraq bu mövzunu müzakirəyə çıxaran jurnalistləri təhqir etmişdi. Adıçəkilən jurnalistlərin tənqidindən sonra C.Feyziyev statusunu silmiş, Mətbuat Şurasının İdarə Heyətindən istefa vermişdi.
Вернуться назад