Главная > Cəmiyyət / Manset > Nazir sürücülərin etirazına görə şöbə rəisini işdən çıxartdı

Nazir sürücülərin etirazına görə şöbə rəisini işdən çıxartdı


17-02-2022, 16:33. Разместил: admin
Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.

“Azadsəs.az” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.

Fotoda Anar Rzayev
Вернуться назад