Главная > Cəmiyyət / Manset > “Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər”

“Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər”


17-02-2022, 16:11. Разместил: admin
Fevralın 17-də ABŞ Dövlət Departamentinin 2022-ci ildə İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində Mobil Aşkarlama Avadanlığı Dövlət Gömrük Komitəsinə ianə edilib.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin və Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.


Göstərilən yardıma görə təşəkkürünü bildirən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan və ABŞ arasındakı əlaqələrdən məmnunluqla bəhs edib, iki ölkənin gömrük orqanlarının da səmərəli və işgüzar münasibətlərinin bu əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb.

Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü islahatların gömrük işinin də çevik, səmərəli və şəffaf şəkildə qurulmasına münbit şərait yaratdığını bildirib.

Son illər Azərbaycan gömrük xidmətində aparılan islahatların nəticəsini yüksək qiymətləndirən səfir Örl Litzenberqer iki il bundan öncə görüşünü xatırlayaraq məhz o dönəmdən bəri gömrük sistemində islahatların davamlı olaraq uğurla həyata keçirildiyini vurğulayıb və qeyd edib ki, gömrük sahəsində əldə etdiyiniz heyranedici nəticələrə görə sizi təbrik edirəm, Azərbaycan gömrük xidməti gördüyü bu işlərə görə qürur duya bilər.

Görüşdə, eyni zamanda birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda tədbir iştirakçıları ABŞ Dövlət Departamentinin İxraca Nəzarət və Sərhəd Təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində təqdim etdiyi Mobil Aşkarlama Avadanlığına baxış keçirilib.
Вернуться назад