Главная > Cəmiyyət / Manset > Qanunsuz erməni silahlı dəstə üzvlərinin daha bir cəhdinin qarşısı alındı

Qanunsuz erməni silahlı dəstə üzvlərinin daha bir cəhdinin qarşısı alındı


15-02-2022, 20:39. Разместил: admin
Bu gün günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntıların aparılması tərəfimizdən müşahidə edilib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlərin qarşısı dərhal alınıb.
Вернуться назад