Главная > Cəmiyyət > Roza Əliqızı və Çingiz Qəhrəmanov ,,Dərdləşmə,,

Roza Əliqızı və Çingiz Qəhrəmanov ,,Dərdləşmə,,


16-05-2020, 16:15. Разместил: azadses
Dərdli dərdlini anlar deyirlər
Dərdləşdiyim,dərdimi və dərdini anladığım bu dəfəki ,qonağım Qarabağ döyüşçüsü,Komandir Mayor Çingiz Qəhrəmanovdur
– Cənab Mayor o qədər dərdlərimiz var ki ,gəlin dərdləşmədən öncə özünüzü təqdim edin oxucularımıza
-1963-cü ildə Laçın rayonu Səfyan kəndində anadan olmuşam,orda böyümüşəm,orda təhsil almışam.
Ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasında işləmişəm.
– Cənab mayor İndi də gelin dərdlərimizdən ən böyük dərdimiz düşmən əlində əsir olan Vətən dərdindən danışaq. Siz vətənimizin müdafiəsi zamanı könüllü dəstələrə rəhbərlik etmisiniz komandir olaraq,daha çox hansı bölgələrdə döyüşlərə qatılmısınız?
-1990-cı ildə işlədiyim Elmlər Akademiyasında ,,Qarabağa yardım komisiyası,,  yaradılmışdı, mən də oranın üzvü idim Qarabağa yardım aparırdıq.
Bir gün Qubadlıya gedəndə orda ermənilərin işğalına qarşı mübarizə aparmaq döyüşmək üçün könüllü dəstələr yaradılırdı 100 nefer qeydiyyatdan keçmişdi,bu menim üreyimcə oldu və mən də müraciət etdim.
Beləliklə mənim müraciətim əsasında,Laçınlı olduğum, və o yerlərə daha çox bələd olduğum üçün məni Laçına göndərdilər və mənə bir rəsmi sənəd verdilər əlimə, orda belə yazılmışdı,,o ərazilərdə olan könüllü dəstənin komandiri,,.
Biz Laçına gedəndə Qayğı qəsəbəsində ermənilər bizi atəşə tutdular,bizdə cavab atəşi açaraq Laçına girə bildik.
Laçına gələndə polk komandiri Arif Paşayev bizi yaxşı qarşıladı məmnun oldu və dedi ki esas qüvvələr elə sənin olduğun yer Səfyan və Fərcan kəndləridir ki,o kəndlərin üstündəki dərələrdə ermənilər öz qüvvələrini cəmləşdiriblər.
Bizİm 1993 -cü ilin oktyabrin 3 ve 4 de  Laçinda  döyüşlərimiz başladi  bizim kçnüllülərimiz və rəhmətlik Əliyar Əliyevin dəstəsi çox böyük əzmlə döyüşə başlamişdiq ki,  xəyanətkarlarin ucbatindan biz tək qaldiq.
 Laçında o qədər həm könüllü,həmdə silahlı dəstələr vardı,bu dəstələrin içində çox cəsur döyüşkən igid oğullarımız da vardı, nədən Laçını qoruya bilmədik.
-Çünki ayrı ayrı dəstələr vardı bizə tabe olmayan, Mütəllibovun və Etibar Memmedovun desteleri də vardı ki,onlar ayrı vuruşurdular.
Laçında döyüşü buraxıb geri çekildiler bize bele emr gelib deyə.
Laçınlılar sona qədər döyüşdülər,biz 1993-cü ilin avqustun 27 -də Laçında qaldıq ermənilərlə döyüşdük,sonda Cəbrayıl tərəfdən ermənilər güclü hücuma keçdilər biz tək qaldıq,kömeyimizə gələn olmadı.
— Cənab Mayor ,mən Laçında döyüş gedərkən,Qubadlıda idim.Laçından gələn dəstələr, tanklar BTR- lər vardı onlar Bakıya dönərkən bütün silahlarını patronlarını Xanlıq kəndindəki şəhidlər abidəsinin önünə buraxıb getdilər,mən onlardan niyə belə etdiklərini və nədən Laçını boşaldıb gedirsiniz soruşanda onlar ,,yuxarıdan əmr verilib ki geri dönün,, biz əmrə tabeyik dedilər.
Mən Bakıya dönəndə bu barədə o vaxt işlədiyim ,,Ordu,, qəzetində yazı yazmışdım ,,əmr verənlər,, ..kimdi bu əmri verənlər axı?Mən nə qədər döyüş bölgələrində oldumsa əsgərlərimizlə söhbət etdimsə onlar eyni bu sözü dediler,biz hanısa bir yüksəkliyi döyüşüb alana yaxın yuxarıdan əmr gəlir,,döyüşü dayandırın və geri çəkilin,,…Mən özüm hətta Laçına vurulan geri çekilin teleqramlarını ələ keçirmişdim o vaxt
–Bəli elə bu əmr verənlərin qurbanı oldu da Laçın,xəyanətin qurbanı oldu ,xəyanətkarlar öz dəstələrini əsas nöqtələrdə yerləşdirmişdilər,döyüş başlayan kimi ermenilərə xəbər verir və dəstələrini geri çekirdilər.
Bir dəstə yox idi ki o vaxt bir neçə destələr var idi könüllü.
Bizi qoyub gedəndə rəhmətlik operator Çingiz Mustafayev onların qabağını kəsib bağıra bağıra qalmışdı,-hara gedirsiniz niyə gedirsiniz ,hamınız arvadsınız,, ama onlar bizi tek qoyub getdilər və kömək də gəlmədi.Çoxları elə bilir Laçından hamı o vaxt çıxıb,ama biz 1993-ün avqustun 27- ə qədər Laçını müdafiə etdik anam ve biz 6 qardaşLaçında qaldıq.
Anam biizm taborun tibb bacısı idi və mənim ilk yaramı anam sarıyıb
—Mən o vaxt gəlib Ordu qəzətində bir yazı yazmışdım ki,öndə Tank və BTR lər Laçından çıxır arxasınca isə sakinlər,hətta o dəstələr insanları qorxudur “ermeniler hücuma keçir tez qaçın” deye.
Hətta sonradan Qubadlıya da bu oyunu oynamaq istədilər,müdafiə nazirinin müavini Şahin Musayev Qubadlıya gəlib əhalini qorxuzur rayonu boşaldın tez ermenilər indicə hüçuma keçəcək, Xocalının gününə düşəcəksiz deye.
Ama bacarmadı.Qubadlıda onu həbs edib Rehim Qazıyevə məlumat verdilər və Rəhim Qaziyev Qubadlıya gəib saxlanılan Şahin Musayevi tehvil alıb apardı
—Beli xəyanetkarlar çox idi bilmirdin kimə inanasan. Biz tək qalanda Qubadlı döyüşçülər Rəhmetlik Əliyar Əliyev dəstəsi ilə Laçına gəldilər bizə kömək etdilər son ana qədər döyüşdülər.
– Cənab Mayor,yadımdadı o günlər, mənim qardaşım Coşqun da o dəstədə döyüşürdü, mən xidmət etdiyim hərbi hissədə növbətçi idim o gün,gecəynən xəbər gəldi ki qardaşın yaralanıb ölümcül halda yıxılıb qalmış,öldü deyə buraxıb getmişlər o ağır döyüş zamanı… ama arxadan bir Tank geri dönərkən qardaşımı görmüş tankdan enən əsger qardaşımı tanka qaldırarkən baxıb ki nəfəs alır,onu xanlığa qədər gətirmişlər ordan isə teyyarə ilə Bakıaya.
O vaxt ,,erməni kənd xəstəxanası,, deyilən tramatologiyaya,axı hospital yox idi deyə yaralıların çoxunu bura yerleşdirirdilər.
Mən hərbi hissənin növbətçilərindən xahiş etdim ki bir saatlığa qardaşıma baş çəkim gəlim deyə.
Hərbiçi yoldaşlarım tek getməyim deyə mənə hərbi hissənin maşınını verdiler,mən xəstəxanaya girəndə gördüm qardaşım gözleri yumulu uzanıb,doktor dedi ki indicə qan vurmuşuq hələ özündə deyil. Mən hərbi hissəyə döndüm hadisleri hərbiçi iş yoldaşlarıma danışdım….ama ertesi gün mənə qarşı elə bir haqsıslıq olundu ki xidməti yerimdə paqonlarım söküldü ki, bunu açıb demek istəmirəm və heç yerdə də demədim,xarakterimdə satqınlıq olmadığına görə,sonra rəhmətlik İsgender Həmidov məni çağırtdırdı nə baş verdiyini öyrənsin ama mən getmədim kimlərəsə zərər dəyməsin deyə…
—Nəysə cənab Mayor dərdlərimiz bitən deyil danışdıqca yada düşür ama unudulan da deyil, bildiyimə görə Laçından çıxandan sonra ama nec oldu ki bir de yenidən Laçına döndünüz ama necə?
—Bizi Nizami polku ilə silahlandırıb 1994-cü ilin yanvarında yeniden  Fizuli istiqamətinə göndərdilər,ordan  Qubadliı istiqamətinə döyüş hücum əməliyyatiı hazırlandı ,biz vuruşub işğal olunan kəndlərimiizi geri almalıydıq  ama  7 yol  transfarmator yüksəkliyindən sonra döyüşü dayandirdilar çox təəssğflər olsun ki,elə o vaxtdan həmən yerdə Lələtəpə istiqamətində döyüşlər  bax beləcə dayandırıldı.
— Yaralarınız ağrıyırmı cənab Mayor?
–İlk yaramı anam sarıyıb.
Deməli bzi kənd Horadizdə idik ,mənə dedilər get ,,post,,lara bir nəzarət et. Mən bir neçə postu yoxlayıb gələrkən yolda gördüm bir ağ Niva və bir UAZ keçir,mən onları saxlatdırıb yoxlayanda gördüm qabaqda sürücünün yanında bir mayor arxada isə bir neçəsi hərbi formada ,o vaxt çoxumuzun əynində sovetin formasıydı düşündüm kü bunlar ruslardır. UAZ-ı buraxdım sonra Nivaya oturdum sürüçü mayor idi sarışın düşündüm ki yəqin bu da rusdu rusca sorğu suala tutdu məni azerbaycanlı olduğumu biləndə nəysə özünü itirdi,yanında pistalet və avtomat vardı,mən onun lehcəsindən erməni olduğunu hiss etdim,o mənə sənədlərini ver deyincə mən avtomatı onun qarnına o da mənim qarnıma söykədi baxdım ki onun avtomatı bağlıdı bəlkə ona görə məndən sənəd isteyib ki,mən sənəd çıxarana o avtaomatı açcın və məni vursun
O,öndə gedən UAZ-a nəysə melumat verdi tek Turk sözünü anladım, UAZ- dan biri düşüb məni vurmaq istəyəndə mən onu vurdum və əl atıb bu mayorun silahını aldım yere yıxdım,UAZ dan mənə atəşlər açıldı mən isə atdığım silahdan patpres partladı biri başı üste düşdü yanımdakı mayor məni vurmaq istərkən mən onu vurdum,sonra UAZ-a atəş açarkən onlar qaçdı 3 nəfər və birdə yanımdakı mayoru öldürdüm tək başıma Allah məni qorudu,sonra bu mayorun ölüsünü biizm girov düşmüş əsgərlərimizə dəyişdik. Nivanı da götürdüm indi o Nivadır ki onu hələ də istifadə edirəm.
-Hər il Laçının İşğalının il dönümü qeyd edilir və sonra da unudulur ,axı ay Laçın can, Laçın deyib erməniləri söyməklə Laçın qayıda biliərki ?
—Təbii ki yox! Ermənilər planlı iş görən hiyləgerdilər, Hələ bu hadisələr başlamamışdan öncə Zori Balayan Laçının ən gözəl yerində təpədə villa tikdirirdi, bizlər isə ,ona axmaq kimi baxıb gülərdik ki,bu Zori Balayanın başı çatmır bunun nəyinə lazımdır gəlib Laçında Villa tikdirir deyə… Demeli o bilirmiş ki, Laçın onların olacaq,deməli hər şey planlı şekilde həll edilibmiş,biz isə Laçın deyib erməniləri söyməklə nə Laçın nə işğal altında olan o biri rayonlarımız geri alınmaz,geri almaq üçün vuruşmaq son damla qanımıza qədər döyüşməyimiz lazımdır ki,bunun üçün döyüş əmri verilməlidir.
Biz Ali Baş komandanın əmrini gözləyirik inşalalh bir gün bu əmr oluncağına Qarabağımızın azad olunacağına əminəm!
–İnşallah sonda ölən ümüddür deyirlər, gəlin hələ bu ümüdlə yaşayaq.
Roza Əliqızı
Hünər.info üçün


Вернуться назад