Главная > Cəmiyyət / Manset > Bakıda döyüşə yararlı sursatlar tapıldı - Video

Bakıda döyüşə yararlı sursatlar tapıldı - Video


12-02-2022, 14:18. Разместил: admin
Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində hərbi sursatlar aşkar edilib.

“Azadsəs.az” FHN-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.

Çevik qrupun mütəxəssisləri tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası, 1 ədəd M-75 qumbarasının partladıcısı, 1 ədəd DM-11 tüstü minası və 60 ədəd müxtəlif çaplı patron olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Вернуться назад