Главная > Cəmiyyət / Manset > “Diplomatlarla bağlı yayılan məlumat şayiədir” - Rusiya XİN
“Diplomatlarla bağlı yayılan məlumat şayiədir” - Rusiya XİN12-02-2022, 13:20. Разместил: admin |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynadakı rus diplomatların təxliyəsi ilə bağlı yayılan məlumatlarla barədə açıqlama verib. “Azadsəs.az” TASS-a istinadən xəbər verir ki, M.Zaxarova Qərb mətbuatının yaydığı məlumatları şayiə adlandırıb. “Yadınızdadırsa, rus diplomatlarının guya “evakuasiyası” ilə bağlı şayiələr bir sıra Qərb nəşrlərində, xüsusən də “The New York Times” qəzetində, təxminən bir ay əvvəl Pravoslav Milad bayramları zamanı, Ukraynadakı Rusiya diplomatlarının bir neçə uşağının nənə və babalarını ziyarət etmək üçün getdiyi vaxtlarda yer almışdı. İndi anladığımız kimi, bu yayılan məlumatların məqsədi ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və digər ölkələrin diplomatları və onların ailələrinin Ukraynadakı səfirliklərindən evakuasiyaya başlaması üçün məlumat örtüyü yaratmaq idi. Dünən İsrail evakuasiya elan edib. Bu vəziyyətdə Kiyev rejimi və ya üçüncü dövlətlərin mümkün təxribatlarından ehtiyat edərək, biz faktiki olaraq Rusiyanın Ukraynadakı xarici nümayəndəliklərinin əməkdaşlarını müəyyən qədər optimallaşdırmaq qərarına gəldik. Diqqətinizi ona çatdırırıq ki, səfirliklərimiz və konsulluqlarımız öz əsas funksiyalarını yerinə yetirməkdə davam edəcəklər”, - M.Zaxarova bildirib. Вернуться назад |