Главная > Cəmiyyət / Manset > Uroloji Xəstəxananın baş həkimi vəzifəsindən getdi

Uroloji Xəstəxananın baş həkimi vəzifəsindən getdi


11-02-2022, 16:19. Разместил: admin
M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev tibb müəssisəsindəki vəzifəsindən ayrılıb.

“Azadsəs.az” xəbər verir ki, bu barədə özü məlumat verib. O, işindən ayrılmasını pasiyentlərinə vaxt ayıra bilməməsilə əlaqələndirib:

“Respublika Kliniki Uroloji Xəstəxanasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə layiq gördükləri üçün TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərlərinə təşəkkür edirəm”.

P. Hacıyev bu vəzifəyə 2020-ci ilin noyabrında təyin olunmuşdu.

Qeyd edək ki, Pərviz Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.
Вернуться назад