Главная > Cəmiyyət / Manset > 100-dən çox yaşayış məntəqəsinin elektrik xətti yenidən qurulacaq - Video
100-dən çox yaşayış məntəqəsinin elektrik xətti yenidən qurulacaq - Video10-02-2022, 20:52. Разместил: admin |
“Azərişıq” ASC yeni ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə, müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq. “Azadsəs.az” xəbər verir ki, bu barədə ASC məlumat yayıb. Bildirilib ki, layihə çərçivəsində Şamaxının Mədrəsə qəsəbəsi, Kərkənc, Zarat Xeybəri, Səfalı, Ərçiman kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb. Görüləcək işlər çərçivəsində ümumilikdə, 885 abonentin yaşadığı 1 qəsəbə və 4 kənd ərazisində 13 ədəd Komplekt Transformator Mənqətəsi quraşdırılacaq, 59 km-a yaxın 10 kV-luq, 32 km-a yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək. Masallı rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Xırmandalı, Eminli, Ərəb və Molloba kəndlərində işlərə başlanılıb. Ümumilikdə, 1980 abonentin yaşadığı bu 4 kənd ərazisində 32 ədəd komplekt transformator mənqətəsi quraşdırılacaq, 50 km-dan çox 10 kV-luq, 130 km-a yaxın 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək. Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək. Вернуться назад |