Главная > Cəmiyyət / Manset > Zakir Həsənov Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində - Video

Zakir Həsənov Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində - Video


10-02-2022, 16:28. Разместил: admin
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının Ümumqoşun Təlim Mərkəzində olub.

Müdafiə Nazirliyindən “Azadsəs.az”a verilən məlumata görə, nazirə məruzə olunub ki, mərkəzdə komando və digər qoşun növü bölmələrinin təyinatı nəzərə alınmaqla, bu bölmələrdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının və taktiki-xüsusi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlər keçirilir.

Mərkəzdə müasir döyüş üsullarının praktiki tədbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim nöqtələri inşa olunub.

Hərbi qulluqçuların istənilən hava şəraitində döyüş vərdişlərini təkmilləşdirmək, o cümlədən fiziki və atəş hazırlıqlarını yüksəltmək məqsədilə zəruri şərait yaradılıb.

Sonra nazirliyin rəhbər heyəti yeni inşa edilən qərargah binası ilə tanış olub. Daha sonra general-polkovnik Z.Həsənov mərkəzdə hərbçilər üçün yeni inşa edilən əsgər yataqxanasının açılışında iştirak edib.

Müdafiə naziri Vətən müharibəsində qazanılan təcrübənin tətbiq edilməsi ilə müasir təlim-məşq üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiqi və mövcud şəraitə uyğunlaşdırılaraq icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.


Вернуться назад