Главная > Cəmiyyət / Manset > “Tərtər işi”nə görə həbs edilən polkovnikin - Fotoları

“Tərtər işi”nə görə həbs edilən polkovnikin - Fotoları


10-02-2022, 10:48. Разместил: admin
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Tərtər hadisələri ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb.

“Azadsəs.az”ın məlumatına görə, həbs olunanlardan biri ehtiyatda olan polkovnik Ələsgərov Vüsal Əziz oğludur.

O, Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsinin komandiri kimi 2017-ci ilin aprel-may aylarında tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib.

Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə ona elan edilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə ittihamları sübuta yetirilmədiyindən bu maddələr üzrə komandirə bəraət verilib.

Yekunda V.Ələsgərov 3500 manat cərimə olunmaqla həbs edilməyib. Hazırda yenilənən istintaqla polkovnikə Cinayət Məclləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham elan olunub.




Вернуться назад