Главная > Cəmiyyət > 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür
65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür15-05-2020, 15:46. Разместил: azadses |
Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Azad Səs-in məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir. Вернуться назад |