Главная > Cəmiyyət > Naxçıvanın yeni Baş naziri kim olacaq?

Naxçıvanın yeni Baş naziri kim olacaq?


15-05-2020, 15:05. Разместил: azadses
Dünən Naxçıvan Muxtar Respublikasının Baş nazir vəzifəsindən azad edilən Əlövsət Baxşıyevin yerinə onun müavini, Maliyyə naziri Səbuhi Məmmədovun təyin ediləcəyi gözlənilir.
Bu barədə Ölkə.Az-a etibarlı mənbələrdən məlumat verilib.
S.Məmmədovun Naxçıvan Muxtar Respublikasının yeni Baş nazir postuna təyin olunması ilə bağlı yaxın günlərdə sərəncam imzalanacaq.Baş nazir Ə.Baxşiyev məzuniyyətdə olan zaman vəzifəsindən azad edilib. O, bunu məzuniyyətdən qayıtdıqdan sonra gözləsə də, əksi olub.
Mənbə bildirib ki, Ə.Baxşiyev məzuniyyətə getməmiş möhür və açarları müavini S.Məmmədova təhvil verib.
Onu da qeyd edək ki, Baş Nazir Ə.Baxşiyevlə Ali Məclisin sədri Vasif Talıbov arasında əvvəlcədən müəyyən fikir ayrılıqları olub. V.Talıbov onun fəaliyyətindən narazı olub. Narazılıqlar Ə.Baxşiyevin vəzifəsini itirməsi ilə nəticələnib. 
Onun yerinə isə Baş nazirin müavini, Maliyyə naziri S.Məmmədov hazırlanır. Bu günlərdə onun yeni Baş nazir təyin olunacağı ilə bağlı təqdimat və sərəncam olacaq.
Qeyd edək ki, Baş nazir təyin ediləcəyi bildirilən Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirib. Maliyyə üzrə iqtisadçıdır.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb. Ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ilin yanvarından 2017-ci ilin fevralınadək Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.
6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - Maliyyə naziri vəzifəsinə təyin edilib.
2012-ci ilin fevral ayında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Muxtar Respublikanın Ali Məclisinin sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Azərbaycan Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
Ailəlidir, dörd övladı var.


Вернуться назад