Главная > Cəmiyyət / Manset > Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir

Gəncədə sahibsiz heyvanlar üçün sığınacaq tikilir


6-02-2022, 09:15. Разместил: azadses
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilir.

"Report"un Qərb bürosunun məlumatına görə, inşa işləri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

İctimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların müəyyən edilmiş saatlarda qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq.


Вернуться назад