Главная > Cəmiyyət / Manset > Azərbaycanda universitet müəllimi 40 yaşında koronavirusdan vəfat edib

Azərbaycanda universitet müəllimi 40 yaşında koronavirusdan vəfat edib


5-02-2022, 11:46. Разместил: azadses
Azərbaycanda 40 yaşlı universitet müəllimi koronavirusdan vəfat edib.

“Report” xəbər verir ki, Bakı Mühəndislik Universitetinin Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov dünyasını dəyişib.

O, bir neçə ay əvvəl COVID-19-a yoluxubmuş. C.Məmmədli uzun müddət xəstəxanada müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, C.Məmmədov bakalavr təhsilini Türkiyənin Uludağ Universitetinin xarici dil müəllimliyi (İngilis dili üzrə), magistr təhsilini isə İstanbul Universitetinin təhsilin təşkili və idarə olunması ixtisası üzrə alıb.


Вернуться назад