Главная > Cəmiyyət / Manset > Bakı və Bakıətrafı ərazilərdə vahid nəqliyyat kartı istifadəyə veriləcək

Bakı və Bakıətrafı ərazilərdə vahid nəqliyyat kartı istifadəyə veriləcək


3-02-2022, 18:24. Разместил: azadses
Bakı və Bakıətrafı ərazilərdə vahid nəqliyyat kartının istifadəyə verilməsi üçün danışıqlar aparılır.

Bunu “Report”a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova bildirib.

A.Bədəlovanın sözlərinə görə, müzakirələrin nəticəsində vahid nəqliyyat kartının hansı formada olması bilinəcək:

“Hazırda texniki tapşırıq hazırlanır. Həmçinin qiymətləndirmə aparılır ki, bunu hansı formada etmək mümkündür. Vahid nəqliyyat kartına Bakı şəhəri və Abşeronda olan ictimai nəqliyyatın inteqrasiyası planlaşdırılır. Hazırda bu kartın forması və formatı nəzərdən keçirilir”.

Nazir müşaviri həmin kartın dəmiryolu və metroda keçərli olması ilə bağlı da aidiyyəti qurumlarla müzakirələr aparıldığını əlavə edib.

Qeyd edək ki, hazırda Bakıda olan ictimai nəqliyyatda həm nağd ödəniş, həm də “BakıKart”dan istifadə edilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Sumqayıt-Bakı reysində isə həm dəmiryoluna məxsus xüsusi kart, həm də banklara məxsus plastik kartlar keçərlidir.

Xatırladaq ki, hazırda Sumqayıtda bütün ictimai nəqliyyat kart sisteminə keçir. Artıq “BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib.


Вернуться назад