Главная > Cəmiyyət / Manset > QHT layihəyə start verdi
QHT layihəyə start verdi2-02-2022, 22:15. Разместил: azadses |
"Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Cəmiyyətə örnək olan Şəhid və qazi analarına mənəvi dəstəyimizi davam etdirək” layihəsinə start verib. Təşkilatın sədri Ruhiyyə Məmmədovanın verdiyi məlumata görə, layihə çərçivəsində Şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhərinin Xətai rayonunun ərazisində ağacəkmə kampaniyası təşkil olunacaq. Həmin məkanda 300-dən artıq ağac əkiləcək. Yerli əhalinin, Şəhid və qazi ailələrinin iştirakı ilə “Şəhidlər Parkı” salınacaq. QHT sədri daha sonra əlavə edib ki, Bakı şəhərinin Mədəniyyət Evlərinin birində Şəhid və qazi ailərinin, digər insanların iştirakı ilə Vətən müharibəsində, fədakar oğularımızdan bəhs edən filmin və bədii kompazisiyanın nümayişi keçiriləcək. Tədbirdə pandemiya şəraiti nəzərə alınaraq 40 nəfər iştirak edəcək. Bundan əlavə Gəncə şəhərinə səfərlərimiz təşkil olunacaq. Bu səfərlərdə əsas məqsəd Gəncədə Şəhid anaları ilə təmasları genişləndirmək olacaq. Onlara sosial-psixoloji dəstək göstəriləcək. Вернуться назад |