Главная > Cəmiyyət / Manset > Azərbaycanda iki məhkəmə hakimi koronavirusa yoluxdu
Azərbaycanda iki məhkəmə hakimi koronavirusa yoluxdu1-02-2022, 20:31. Разместил: azadses |
Azərbaycanda iki məhkəmə hakimi koronavirusa yoluxub. “Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin hakimləri - Elbəy Allahverdiyev və Camal Ramazanovun verdikləri COVID-19 testinin nəticələri pozitiv çıxıb. Nəticədə hakimlərin icraatında olan məhkəmə işləri təxirə salınıb. Qeyd edək ki, hakim E.Allahverdiyevin sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, həmin idarənin keçmiş rəis müavini, birinci şöbənin rəisi Yasin Məmmədov, İstintaq idarəsinin ikinci şöbənin sabiq rəisi, polkovnik Vüsal Ələkbərov və İstintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi araşdırılır. Вернуться назад |