Главная > Cəmiyyət > “Spayder” sözünü əlavə edən şəxs: “Onu lüğətə salmaqda özümü haqlı hesab edirəm”

“Spayder” sözünü əlavə edən şəxs: “Onu lüğətə salmaqda özümü haqlı hesab edirəm”


1-02-2022, 17:19. Разместил: azadses
“Spayder” sözünü orfoqrafiya lüğətinə mən salmamışam. O sözü 2016-cı ildə dərc edilən “Yeni sözlər, yeni mənalar” lüğətinə əlavə etmişəm. Ondan əvvəl 2012-ci ildə isə bu söz “Avtomobil terminləri” lüğətində öz əksini tapıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu sözü yeni sözlər lüğətinə salmaqda özümü haqlı hesab edirəm:

“Bu söz yeni məna ifadə edir. Necə ki, digər lüğətlərdə yer alır, burada da öz əksini tapmalıdır”.

Könül Cəfərli


Вернуться назад