Главная > Cəmiyyət > Azərbaycan 197 vətəndaşını Ukraynadan təxliyə etdi
Azərbaycan 197 vətəndaşını Ukraynadan təxliyə etdi15-05-2020, 09:35. Разместил: azadses |
Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 14 may tarixində Kiyevdən Bakıya çarter reysi yerinə yetirilib. Azad Səs-in məlumatına görə, həmin reyslə 197 nəfər Azərbaycan vətəndaşı çatdırılıb. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib. Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir. Вернуться назад |