Главная > Cəmiyyət > BNA yanında İctimai Şuranın növbəti iclası keçirilib

BNA yanında İctimai Şuranın növbəti iclası keçirilib


29-01-2022, 15:23. Разместил: admin
Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə BNA məlumat yayıb.

Bildirilib ki, BNA-nın İdarə Heyətinin sədrinin müavini Fərid Nuriyev ictimaiyyətin maarifləndirilməsi və ictimai iştirakçılığın təmin edilməsi baxımından şuranın iclaslarının mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.

Nəzərdə tutulan layihələrə toxunaraq sərnişindaşımalarda göstərilən xidmətin keyfiyyətinin artırılması üçün müasir təcrübəyə əsaslanan yeni fəaliyyət modeli üzərində iş aparıldığını diqqətə çatdırıb.

İclasda BNA-nın 2021-ci il üzrə fəaliyyətinin əsas göstəriciləri təqdim olundu və 2022-ci il üzrə Agentliyin əsas hədəfləri ilə bağlı Şura üzvlərinə məlumat verilib.

Əsas göstəricilərlər bağlı ümumi müzakirlərəin davamı olaraq Bakıda yeni piyada zonalarının yaradılması layihəsinin təqdimatı olub. Layihəyə əsasən şəhərin mərkəzi əhatə edən mövcud piyada zonasının genişləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə fəvvarələr meydanı ətrafındakı bəzi küçələrin tamamilə piyadaların istifadəsinə verilməsi təklif edilib. Piyada zonaların təşkili bir sıra cəhətdən xüsusən də şəhərin sosial-iqtisadi mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İnsanyönümlü müasir şəhərlərdə bu təcrübədən geniş istifadə olunmaqdadır.

Həmçinin, şəhər mobilliyi ilə bağlı ictimaiyyətin maarifləndirilməsi sahəsində İctimai Şura ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib. Bu məsələdə birgə təbliğat və təşviqat işinin təşkilinin vacibliyini qeyd olunub.




Вернуться назад