Главная > Cəmiyyət > Şuşalılar 30 il sonra evlərini görüb dəhşətə gəldilər - VİDEO

Şuşalılar 30 il sonra evlərini görüb dəhşətə gəldilər - VİDEO


27-01-2022, 17:18. Разместил: admin
Şuşaya avtobus reyslərinin açılması ilə öz ata-baba yurdunu ziyarət edənlərdən biri də 1992-ci ilin mayında şəhərdən sonuncu çıxan sakinlərdən olan Kamil Rüstəmovdur.

K.Rüstəmov Şuşasız keçən illərin çətinliyindən danışıb:

“35 yaşımda çıxıb, 65 yaşımda geri gəlmişəm. Bu boş divarlar belə mənə xoşdur. Çünki gəncliyim burada keçib”.

Şuşaya səfər edən ilk sərnişinlər arasında daha bir şuşalı Elmira Şəfiyevadır. Onun yaşadığı evdən əsər-əlamət qalmayıb.

“Uşaqlığım keçən evi bu vəziyyətdə görmək mənə çox ağır gəldi. Heç vaxt bu mənzərə ilə qarşılaşacağımı təsəvvürümə belə gətirməzdim”, - deyə Şuşa sakini qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Вернуться назад