Главная > Cəmiyyət > Prezident onu Dövlət Turizm Agentliyinin sədr müavini təyin etdi

Prezident onu Dövlət Turizm Agentliyinin sədr müavini təyin etdi


24-01-2022, 14:20. Разместил: admin
Dövlət Turizm Agentliyinin sədrinə müavin təyin olunub.

“Azadsəs.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azadə Abbas qızı Hüseynova Dövlət Turizm Agentliyinin sədr müavini təyin olunub.

Qeyd edək ki, A.Hüseynova 2019-cu ildən etibarən Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərib.
Вернуться назад