Главная > Cəmiyyət > Xərçəngin dəridəki əlamətləri açıqlandı
Xərçəngin dəridəki əlamətləri açıqlandı24-01-2022, 10:40. Разместил: admin |
Xərçəng xəstəliklərinin ən çox yayılmış növü ağciyər xərçəngidir. Bəzən onu dəridəki təzahürlərilə də aşkar etmək olur. Bunu Britaniyanın “Medino” tibb şirkətinin aparıcı əczaçısı Culia Herrini bildirib. Həkim izah edib ki, ağciyər şişləri ilə dəri simptomları arasında əlaqə var. Bu “siqnallar” xərçəngin digər orqanlara yayılmasının nəticəsi və ya müalicənin yan təsirləri kimi də peyda ola bilər. Bu səbəbdən də, dəridəki dəyişiklikləri həkimlə birgə izləmək vacibdir. Herrininin sözlərinə görə, dəri göyərmələri, qabarıq ləkələr, sarımtıl dəri, artan qaşınma, göz ətrafındakı səpgilər və üzün bir tərəfində müntəzəm qızartı ağır xəstəlikdən xəbər verə bilər. Odur ki, belə hallarda dərhal mütəxəssisə müraciət etmək vacibdir. Əczaçı xatırladıb ki, xərçəngin erkən aşkarlanması sağalma ehtimalını xeyli artırır. Вернуться назад |