Главная > Cəmiyyət / Manset > Aİ səfiri 20 Yanvarla bağlı başsağlığı verdi

Aİ səfiri 20 Yanvarla bağlı başsağlığı verdi


20-01-2022, 10:36. Разместил: admin
Avropa İttifaqının səfirləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər Xiyabanına gül dəstələri düzüblər.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Tvitterdə paylaşım edib.

“Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər Xiyabanına gül dəstələri düzərək, “Qara Yanvar” faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram”, - paylaşımda qeyd edilib.


Вернуться назад