Главная > Cəmiyyət > Səfirlikdən bu ölkədə yaşayan azərbaycanlılara müraciət

Səfirlikdən bu ölkədə yaşayan azərbaycanlılara müraciət


14-05-2020, 13:28. Разместил: azadses
Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.
Azad Səs-in məlumatına görə, müraciətdə deyilir:
“Hörmətli həmvətənlər!
Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin [email protected] ünvanına göndərilməsi tələb olunur.
1) Pasportun surəti;
2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;
3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;
4) Telefon nömrəsi;
5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);
6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;
7) Polşaya gəlmə tarixi;
8) Yerləşdiyiniz şəhər”.



Вернуться назад