Главная > Cəmiyyət > Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi

Çingiz Hüseynzadə yenidən federasiya prezidenti seçildi


19-01-2022, 17:19. Разместил: admin
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə növbəti müddətə Azərbaycan Atletika Federasiyasının prezidenti seçilib.

“Azadsəs.az” xəbər verir ki, toplantıda eyni zamanda İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.

Yenidən qurum rəhbəri seçilən Hüseynzadə 2024-cü ilin sonunadək atletikaya rəhbərlik edəcək. Firat Hüseynov Atletika federasiyasının vitse-prezidenti postunda qalıb. Məhərrəm Sultanzadə isə baş katib vəzifəsində çalışmağa davam edəcək.

Qeyd edək ki, Hüseynzadə 1996-cı ildən federasiyanın prezidentidir.
Вернуться назад