Главная > Cəmiyyət > “Bir neçə yer təklif edilmişdi, mən buranı seçdim”
“Bir neçə yer təklif edilmişdi, mən buranı seçdim”18-01-2022, 16:18. Разместил: admin |
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. “Azadsəs.az” xəbər verir ki, dövlət başçısı abidənin müəllifi, xalq rəssamı Xanlar Əhmədovla söhbətləşib: -Çox gözəl abidədir. Xanlar Əhmədov: Çox sağ olun. Prezident İlham Əliyev: Bir çox təkliflər var idi. Xanlar Əhmədov: Bildiyiniz kimi, müsabiqə elan olundu. Prezident İlham Əliyev: Bilirəm, əlbəttə. Xanlar Əhmədov: Bacardığımı etmişəm. Prezident İlham Əliyev: Yox, çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir və oxşatmısınız. Xanlar Əhmədov: Çalışmışam, üstündə çox işləmişəm. Özü də yeri də yaxşıdır, tarixi yerdir. Tarixi İstiqlaliyyət küçəsidir. Prezident İlham Əliyev: Bəli, tarixi yerdir. Tarixi qala divarları. Bakının ən gözəl yerlərindən biridir. Yadımdadır, o vaxt bir neçə yer təklif edilmişdi. Mən buranı seçdim ki, onun abidəsi məhz burada olmalıdır. Xanlar Əhmədov: Möhtəşəm bir yerdir. Xatirə şəkli çəkdirildi. Xanlar Əhmədov: Çox şadam ki, mənim Qarabağdakı “Güllələnmiş heykəllər” əsərimi də ikinci dəfə Siz açdınız. Prezident İlham Əliyev: Bəli, çox gözəl qeyd etdik. Belə işiniz çox olacaq. İndi bizim tarixi şəxsiyyətlərimizin heykəllərinin ucaldılması prosesi davam edir. Xanlar Əhmədov: Biz işləmək üçün həmişə şadıq. Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Xanlar Əhmədov: Çox sağ olun, minnətdaram. Prezident İlham Əliyev: Açıq müsabiqədə qalib gəlmisiniz. Bu abidə burada əbədi duracaq. Müəllifin adı burada var? Prezidentin köməkçisi Anar Ələkbərov: Əlbəttə ki var. Həm Azərbaycan dilində, həm də ingilis dilində qeyd etmişik. Müsabiqədə 26 işdən məhz Xanlar müəllimin əsəri seçilib. Prezident İlham Əliyev: Bəli, bilirəm. Çox sağ olun, sizə yeni uğurlar arzulayıram. Xanlar Əhmədov: Çox sağ olun. Вернуться назад |