Главная > Cəmiyyət / Manset > Generalın yerinə polkovnik təyin edildi

Generalın yerinə polkovnik təyin edildi


18-01-2022, 13:21. Разместил: admin
Daxili İşlər Nazirliyinin Katibliyinə yeni rəis təyin edilib.

“Azadsəs.az” xəbər verir ki, müvafiq əmrlə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə bu vəzifəyə təyinat alıb.
39 yaşlı N.Məmmədzadə ən gənc polkovniklərdəndir. Üç il əvvəl rəis müavini postuna gətirilən polkovnik bundan öncə isə Təşkilati-İnspeksiya İdarəsində şöbə rəisi olub.

Xəbəri rusca oxuyun: На место генерала был назначен 39-летний полковник

2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə N.Məmmədzadə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Katibliyin əvvəlki rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Вернуться назад