Главная > Cəmiyyət > Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi
Prezident məhkəmə hakimləri ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi17-01-2022, 18:20. Разместил: admin |
Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib. “Azadsəs.az” xəbər verir ki, dəyişikliklə yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanacaq. Вернуться назад |