Главная > Cəmiyyət > Bir neçə rayon qazsız qaldı

Bir neçə rayon qazsız qaldı


14-05-2020, 11:44. Разместил: azadses
Bu gün səhər saatlarından şimal bölgəsinin Qusar, Şabran və Siyəzən rayonlarına təbii qaz verilişi dayandırılıb.
Azad Səs-in şimal bürosunun məlumatına görə, buna səbəb mağistral qaz xəttində təmir işlərinin aparılmasıdır.
Azəriqaz İB-nin Xaçmaz regional qaz istismarı idarəsinin Qusar sahəsindən bu barədə məlumat verilib. Günün sonunadək-saat 18-dək bu 3 rayona qaz verilişinin bərpa ediləcəyi bildirilib.

Вернуться назад