Главная > Cəmiyyət / Manset > Başsız qalmış uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA: “Anaları koronavirusa yoluxmayıb” - YENİLƏNİB+FOTO/VİDEO
Başsız qalmış uşaqlarla bağlı RƏSMİ AÇIQLAMA: “Anaları koronavirusa yoluxmayıb” - YENİLƏNİB+FOTO/VİDEO16-01-2022, 15:37. Разместил: admin |
Şamaxıda başsız qalmış azyaşlılarla bağlı Daxili İşlər Nazirliyindən açıqlama verilib. "Azadsəs.az" xəbər verir ki, açıqlamada bildirilir ki, azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir: "Yəni qadın COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib". 15:20 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Şamaxıda baxımsız qalan uşaqlarla bağlı açıqlama verib. Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a bildirib ki, Şamaxının İkinci Çaylı kəndində baxımsız qalan uşaqlar dövlət nəzarətinə götürülüb: "Artıq azyaşlılar müvafiq qurumların əməkdaşları tərəfindən olduğu yerdən götürülüb. Uşaqların hüquqlarının müdafiəsi istiqamətində lazım olan bütün tədbirlər görüləcək. Həyata keçiriləcək növbəti hüquqi tədbirlərlə bağlı ictimaiyyətə məlumat veriləcək". Вернуться назад |