Главная > Cəmiyyət / Manset > QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir

QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir


16-01-2022, 10:18. Разместил: azadses
Uşaq bağçasının maraqlı yaranma tarixi var. 1837-ci ildə alman pedaqoqu Fridrix Frebel Bad-Blankenburq şəhərində körpələrin təlim-tərbiyəsi məqsədilə ilk məktəbəqədər tərbiyə müəssisəsi yaradır və bu məkanı “Kindergarten” – Uşaq bağçası adlandırır. Onun fikrincə, “Həyatın çiçəkləri” olan uşaqlar xüsusi nəvaziş və diqqət tələb edirlər və onları bacarıqlı və qayğıkeş “bağbanlar” böyüdüb bəsləmələdir. Bu nəcib insan yəqin ki, sivil cəmiyyətdə “uşaq bağçası”nın bəzi nanəcib tərbiyəçilər tərəfindən “cəngəlliyə” çevriləyəcəyini qətiyyən təsəvvür edə biməzdi.
İsmayıllıda baş vermiş hadisə - utandırıcıdır. Sosial şəbəkələrdə geniş yer almış, televiziya efirində nümayiş etdirilmiş kadrları izlədikcə, üzülürəm: üç yaşlı körpəyə əl qaldırmaqmı olar? Nədir bu məzlum varlığın günahı? Nədən bu uşaq ovcunda tutduğu çörək əvəzinə qapaz “yeməlidir”?
“Uşaqlar – gələcəyimizdir” deməklə gələcəyimizi xoşbəxt edə bilmərik. Bu gün uşaq bağçasında tərbiyəsiz tərbiyəçinin qapazına tuş gələn bu çocuq sabah Vətən torpağını qorumalı əsgər deyilmi? Uşağa əl qaldırmaqla gələcəyimizə qəsd etmirikmi?
Məlumata görə, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə ləğv edilib.
Ədalətli qərardır. Amma yenə də - yarımçıq. Uşağa təcavüz – kobud rəftar deyil, cinayətdir. Cəzası da sərt olmalıdır: bu tərbiyəsiz tərbiyəçi təlim-tərbiyə müəssisələri ilə əmək müqaviləsi bağlamaq hüququndan həmişəlik məhrum edilməsə, onun qapazının qurbanı olan körpələrin sayı arta bilər. Gələcəyimiz təhlükədə deyilmi?Ruhiyyə Məmmədova

"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri

Вернуться назад